Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var.
Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, borc səbəbindən vergi xidməti blogerin restoran və qida çatdırılma şirkətlərinin hesablarını bloklayıb.
Müəllif: Teleqraf.com