Nazir: Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir
Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.
“Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızın tarixini, mənəvi dəyərlərini və ənənələrini əks etdirir. Xalçaçı Günü münasibətilə bu dəyərli sənət sahiblərinə təbriklərimizi çatdırır, firavanlıq və işlərində uğurlar arzulayırıq”, - paylaşımda qeyd edilb.
Bu gün xalçaçılarımız peşə bayramlarını qeyd edirlər. Mədəni irsimiz olan #xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızın tarixini, mənəvi dəyərlərini və ənənələrini əks etdirir. Xalçaçılığın milli #iqtisadiyyat-da mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim… pic.twitter.com/BMPUTwYkOQ