AZ

Nəriman Axundzadə “Qarabağ”la yeni müqavilə bağladı - Rəsmi

Azərbaycan çempionu “Qarabağ” daha bir futbolçusu – Nəriman Axundzadə ilə də müqaviləsinin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı hücumçu ilə yeni anlaşma 4 il müddətinə nəzərdə tutulub. Axundzadə ilə 2028-ci ilin 30 iyununa qədər müqavilə imzalanıb.

Xatırladaq ki, tərəflər arasındakı əvvəlki anlaşmanın müddəti bu mövsümün sonunda bitəcəkdi.

“Qarabağ” ötən gün mərkəz müdafiəçisi Bəhlul Mustafazadə ilə də 3 illik yeni müqavilə imzalandığını açıqlamışdı.

“Qarabağ”ın öz yetirməsi hesab olunan Nəriman Axundzadə 2023-cü ildən Ağdam klubunun əsas komandasında çıxış edir. Sağ cinah vingeri indiyə qədər “Qarabağ”ın əsas komandasında 53 oyuna çıxıb. O, bu oyunlarda 17 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Nəriman Azərbaycanın U-19 və U-21 yığmalarında forma geyinsə də, hələ əsas millimizdə debüt şansı qazanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95

1Mənbələr

Şərh ()
Bağla