AZ

Şahruddinin komandası qalib gəldi

Türkiyə Super Liqasında 35-ci turun oyunları davam edir.

Bizim.Media xəbər verir ki, bu gün Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə "İstanbulspor"un qonağı olub.

Görüş Adana təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Məhəmmədəliyev bu matçda meydana start heyətində çıxıb və 90 dəqiqə oynayıb.

34 turdan sonra 44 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
2
bizim.media

4Mənbələr

Şərh ()
Bağla