AZ

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Bakı, 5 may, AZƏRTAC

Qazaxıstanlı velosipedçi Rabbim Baraşov Bakıdan Parisə velotura start verib.

AZƏRTAC xəbər verir ki, o, “Paris-2024” Yay Olimpiya Oyunlarına həsr etdiyi velotur üçün Bakı-Tbilisi-Batumi-Ankara-İstanbul-Sofiya-Budapeşt-Belqrad-Münxen-Paris marşrutu ilə hərəkət edəcək.

Veloturla bağlı təəssüratlarını bölüşən 64 yaşlı idmançı Azərbaycanda olduğu üçün məmnunluğunu ifadə edərək deyib: “Qazaxıstanın Aktau şəhərindən ölkənizə gəlmişəm. Bizim dənizimiz, səmamız, kökümüz eynidir. Qardaş Azərbaycana gəlməyi uzun müddətdir arzulayırdım. Bunun üçün hazırlıqlara başlamışdım. Burada hər kəs məni olduqca yaxşı qarşıladı. Bu mehriban münasibəti heç zaman unutmayacağam. Bakıdan xoş təəssüratlarla ayrılacağam”.

R.Başarov Fransanın paytaxtından yaxşı nəticələrlə ayrılacağına inandığını vurğulayıb: “İdmana sevgi ilə yanaşan insanam. Olimpiada mənim üçün xüsusi məna kəsb edir. Belə yarışlar ölkələr arasında dostluq münasibətlərinin inkişaf etməsinə töhfə verir”.

“Paris-2024” Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
6

7Mənbələr

Şərh ()
Bağla