Əfsanəvi "Modern Talking” qrupunun solisti, dünyaşöhrətli ifaçı, bəstəkar və prodüser Tomas Anders Bakıya gəlir. SİA xəbər verir ki, sənətçi "Dream fest” beynəlxalq musiqi festivalında çıxış edəcək. O, iyulun 24-ü səhnəyə çıxacaq.
Qeyd edək ki, festivalda çıxış edəcək yerli sənətçilərdən ilk Xalq artisti Röya Ayxanın da adı açıqlanmışdı. Onun səhnəsi həmin günü açılış mərasiməndə olacaq.