AZ

HHQ-nin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 3-də Qala qəsəbəsində yerləşən 216 nömrəli tam ortaməktəbdə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və onların ailəüzvləri üçün vətənpərvərlik ruhunda tədbir təşkil olunub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı,ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının DövlətHimni səsləndirilib.

Vətən müharibəsində Hərbi Hava Qüvvələrinin müstəsna rolundanbəhs edən sənədli film nümayiş etdirilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivininvə məktəblilərin vətənpərvərlik mövzusunda təqdim etdikləri musiqinömrələri böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirdə "Əsgərə məktub" layihəsi və müxtəlif yarışlar, oyunlarvə viktorinalar keçirilib. Yarışlarda qalib olan şagirdlərəmükafatlar təqdim olunub.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

HHQ-nin
HHQ-nin
HHQ-nin
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
15

10Mənbələr

Şərh ()
Bağla