Almaniyalı qapıçı Mark-Andre ter Ştegen İspaniyanın “Barselona” klubunda 409-cü oyununu keçirib.
Msport.az xəbər verir ki, qolkiper son olaraq “Jirona”ya 2:4 hesabı ilə uduzduqları La Liqanın 34-cü tur matçında meydanda olub.
O, braziliyalı Daniel Alveşi (408) keçərəo Kataloniya təmsilçisinin tarixində ən çox matça çıxan ikinci əcnəbi olub.
Rekord hələ də Lionel Messiyə məxsusdur – 778.