AZ

Sabunçu rayonunda yol qəzası baş verdi

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, Zığ şosesində 2001-ci il təvəllüdlü Sadıqov Anar Natiq oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan A.Sadıqov təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

 

report

Seçilən
172
27
avtosfer.az

10Mənbələr