AZ

Suaresdən het-trik, Messidən 5 qol ötürməsi

style='margin-bottom:10px;'>

"İnter Mayami"nin futbolçuları Lionel Messi və Luis Suares yenidən diqqət mərkəzinə düşüblər.

QOL.az xəbər verir ki, onlar Mayami təmsilçisinin MLS-in 12-ci turunda "Nyu-York Red Bulls"la keçirilən oyunda məhsuldarlıqları ilə seçiliblər.

6:2 hesabı ilə qalib gəldikləri oyunda Suares het-trik edib. Messi isə 5 qol ötürməsi ilə qələbədə əsas pay sahiblərindən olub. Messi karyerasında ilk dəfədir ki, bir oyunda 5 qol ötürməsi edir. Bu, həm də MLS tarixində bir ilkdir. Messi bu oyunda 1 qol vurmağı da bacarıb.

Qeyd edək ki, hazırda "İnter Mayami" 12 oyundan 24 xalla turnir cədvəlinə başçılıq edir.

Seçilən
64
1
teleqraf.com

2Mənbələr