AZ

Bakıda avtomobillər toqquşdu - xəsarət alanlar var

Bakının Xətai rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - 1968-ci il təvəllüdlü Heydərova Mehriban Yavər qızı və 1960-cı il təvəllüdlü Quliyev Nazim Nəriman oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
159
46
milli.az

10Mənbələr