AZ

Messi karyerasında ilk dəfə bir matçda 5 məhsuldar ötürmə etdi - VİDEO

“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ABŞ-ın MLS çempionatında “Nyu York Red Bulls”a qarşı oyunda bir qol vurub və beş məhsuldar ötürmə edib. 

Bizim.Media xəbər verir ki, futbolçu karyerasında ilk dəfə bir oyunda qol+pas sistemindən istifadə edərək bu qədər ötürmə edib və altı xal qazanıb.

Qarşılaşma 6:2 hesabı ilə başa çatıb. Qolları Rojas (48, 62), Messi (50), Luis Suares (69, 75, 81) - Dante Vanzeir (30), Emil Forsberq (90+7) vurub. Bu mövsüm 8 matçda argentinalı 10 qol vurub və 9 məhsuldar ötürmə edib.

36 yaşlı Lionel Messi 2023-cü ilin yayında Fransanın PSJ klubundan "İnter Mayami"yə keçib. 
O, “Qızıl top”un yeddiqat qalibi, 2022-ci ildə dünya çempionu, FİFA-ya görə ilin üç dəfə ən yaxşı futbolçusudur.

 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
50

10Mənbələr

Şərh ()
Bağla