Bakı. Trend:
ABŞ-ın Nyu-York şəhərində iki sinaqoq partlayış təhlükəsisəbəbindən təxliyə edilib.
Trend-inməlumatına görə, bu barədə "New York Post" qəzeti şəhər polisinəistinadən bildirib.
Məlumata əsasən, hüquq-mühafizə orqanlarına partlayış təhlükəsibarədə məlumat şənbə günü yerli vaxtla saat 15:15 və 16:30radələrində daxil olub.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.