Bakı. Trend:
İngiltərə Premyer Liqasına daha bir vəsiqənin sahibi bəlliolub.
Trend İdman.biz-əistinadən xəbər verir ki, “İpsviç” yüksək dəstəyə qayıdıb.
Bu, Çempionşipin 46-cı turunda rəsmiləşib. “Haddersfild”ə 2:0hesabı ilə qələbə “İpsviç”ə Premyer Liqaya qayıtmaq imkanı verib.Sonuncu dəfə 2001/02 mövsümündə güclülər sırasında olan klub 22ildən sonra elitaya dönüb.
Qeyd edək ki, Premyer Liqaya ilk vəsiqəni “Lester” qazanıb.Sonuncu vəsiqə isə “Lids”, “Sauthempton”, “Vest Bromviç” və“Norviç” arasında pley-offdan sonra sahibini tapacaq.