"Real" İspaniya La Liqasında 2023/2024 mövsümünün qalibi olub.
BAKU.WS xəbər verir ki, Karlo Ançelottinin yetirmələri doğma meydanda "Kadis" klubuna 3 cavabsız qolla qalib gələrək növbəti titullarını qazanıblar. .
“Real” bununla 36-cı dəfə İspaniya çempionu olub.
Turnir cədvəlində birinci olan "Real"ın 87 xalı var. İkinci sırada "Jirona" (74 xal), üçüncü yerdə "Barselona" (73 xal) qərarlaşıb.
"Real" bununla İspaniyada qazandığı titulların sayını 68-ə çatdırıb. Bunlardan 36-sı ölkə çempionluğu, 20-si Kral kuboku, 12-si İspaniya Superkuboku və 1-i Liqa Kubokudur. Bu cəhətdən "Barselona" mütləq rekordçudur. Kataloniyalıların aktıvində 77 ölkədaxili titul var. Bunlardan 27-si ölkə çempionluğu, 31-i isə İspaniya Kubokudur.