İtaliya A Seriyasında 35-ci tur davam edir.
QOL.az xəbər verir ki, bu gün 2 oyun keçirilib.
“Monza” “Latsio” ilə heç-heçə edib. Artıq turnirdə çempionluğu təmin etmiş “İnter” isə səfərdə “Sassuolo”ya uduzub. Bununla da Milan təmsilçisinin 29 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.
Hazırda "Latsio" turnir cədvəlində 56 xalla 7-ci, "Monza" 45 xalla 11-ci, "Sassuolo" isə 29 xalla 19-cudur.
İtaliya A Seriyası, 35-ci tu
4 may
"Monza" – "Latsio" - 2:2
Qollar: Dyuriç, 75, 90+2 – İmmobile, 11, Vesino, 83.
"Sassuolo" – "İnter" - 1:0
Qol: Loryente, 20.