AZ

Razılığa gələ bilmədilər – Yayda yollar ayrılacaq

“Atletiko” ispaniyalı müdafiəçi Mario Hermosonun gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflərin planları dəyişməyib. Futbolçunun yayda azad agent kimi Madrid klubunu tərk edəcəyi gözlənilir.

“Atletiko” rəhbərliyi Hermosonun yeni müqavilə üçün maliyyə tələblərini ödəməkdən imtina edib.

Hermoso klubla razılaşmayıb və karyerasını başqa yerdə davam etdirmək qərarına gəlib.

Daha əvvəl Hermosonun xidmətində “İnter”lə yanaşı, İngiltərə Premyer Liqasının klublarının da maraqlı olduğu bildirilirdi.

Seçilən
81
sportinfo.az

1Mənbələr