İngiltərə Premyer Liqasının 35-ci turu liderlərin qələbəsi ilə yadda qalıb.
İdman.biz xəbər verir ki, “Arsenal” və “Mançester Siti” öz meydanında 3 xal qazanıb.
London klubu “Bornmut”un qapısından 3 cavabsız top keçirib. Qələbə sayəsində 83 xal toplayan Mikael Artetanın komandası lider mövqeyini qoruyub.
“Şəhərlilər” isə “Vulverhempton”a 5:1 hesabı ilə qalib gəliblər. Erlinq Holand poker edərək, 3 xalın qazanılmasında böyük pay sahibi olub. Ehtiyatda 1 oyunu olan “Mançester Siti” liderdən 1 xal geri qalır.
İngiltərə Premyer Liqası
35-ci tur
“Arsenal” – “Bornmut” – 3:0
“Brentford” – “Fulhem” – 0:0
“Bernli” – “Nyukasl” – 1:4
“Şeffild Yunayted” – “Nottingem Forest” – 1:3
“Mançester Siti” – “Vulverhempton” – 5:1
İdman.biz