AZ

Bryanskda dövlət evlərini lentə alan məktəbli həbs edilib...

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

...Bryanskın Sovetski rayon məhkəməsi azyaşlını istintaqın tələbi ilə terror təşkilatının fəaliyyətində iştirak ittihamı ilə istintaq təcridxanasına göndərib.

SİA xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

Qərarın mayın 3-də verildiyi deyilir.

Təqsirləndirilən şəxs iyulun 1-dək həbs edilib. İstintaq Federal Təhlükəsizlik Xidməti tərəfindən aparılır. Digər təfərrüatlar, o cümlədən həbs edilən şəxsin adı və yaşı rəsmi olaraq açıqlanmır.

...SHOT telegram kanalının məlumatına görə, təqsirləndirilən şəxsin 15 yaşı var və 9-cu sinifdə oxuyur.

İstintaqa istinadən teleqram kanalı iddia edir ki, o, mart ayında Rusiya hakimiyyəti tərəfindən terror təşkilatı kimi tanınan Ukrayna tərəfində döyüşən “Rusiyanın Azadlığı” legionunun nümayəndələri tərəfindən işə götürülüb.

Onun “kuratorlarla” əməkdaşlıq etdiyivəşəhər rayonlarından birində,regional hökumət binasındafotoşəkil və video çəkilişləri apardığı iddia edilir.

Maraqlıdır ki,..amma bu məlumatın müstəqil təsdiqi yoxdur.

Nazlı

Seçilən
32
1

1Mənbələr

Şərh ()
Bağla