AZ

Ceyhun Bayramov İƏT-in sammitində çıxış edib

Qambiyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Bancul şəhərində baş tutan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitində iştirak və çıxış edib.

APA xəbər verir ki, bu barədə azərbaycanlı nazir “X” sosial şəbəkəsində məlumat yayıb.

Nazir çıxışında İslam dünyasındakı çağırışların, o cümlədən ən təhlükəli olan islamofobiyanın effektiv həlli üçün İƏT-ə üzv dövlətlərin həmrəyliyinin zəruriliyini vurğulayıb.

Fələstin məsələsi də daxil olmaqla, Azərbaycanın İƏT coğrafiyasında münaqişələrin sülh yolu ilə həllinə sadiqliyi bir daha vurğulanıb.

Münaqişədən sonrakı regional reallıqlar, yenidənqurma və sülh səyləri ilə bağlı çağırışlar və perspektivlər diqqətə çatdırılıb.

Ceyhun
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
50

1Mənbələr

Şərh ()
Bağla