Bu gün Misli Premyer Liqasında 33-cü tura start verilib.
Yenisabah.az xəbər verir ki, turun mərkəzi matçında isə "Qarabağ" "Neftçi"ni qəbul edib.
Çempionluğu rəsmiləşdirən Qurban Qurbanovun komandası rəqibini darmadağın edib - 5:0.
Qeyd edək ki, turun digər oyunları 5 və 6 may tarixlərində keçiriləcək.
4 may
19:30. “Qarabağ” – “Neftçi” - 5:0
Qollar: Nəriman Axundzadə, 12, Toral Bayramov, 41, Leandro Andrade, 66, Nəriman Axundzadə, 77, Abdullah Zubir, 85
Qırmızı vərəqə: Yuri Matias, 78 ("Neftçi")
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev
Azersun Arena
Telegram kanalımız