AZ

Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb

Azərbaycanla sərhədin delimitasiyasına etiraz edən bir qrup erməni Tavuş vilayətinin Kirants kəndindən İrəvana doğru yürüşə başlayıb.Missiya.Az report-a istinadən xəbər verir.Qeyd edək ki, bundan əvvəl Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı nümayişə çıxan bir qrup sakin traktorlarla Ermənistan-İran yolunu bağlayıblar.Xatırladaq ki, Azərbaycan və Ermənistanın sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının 8-ci görüşünün yekunlarına əsasən əldə edilmiş razılaşmalara uyğun olaraq, sərhəddə iki ölkənin ekspert qrupları geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar.

Seçilən
117
13
missiya.az

10Mənbələr