Xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya səfəri çərçivəsində mərakeşli həmkarı Nasser Bourita ilə görüşüb.
XİN-dən "Operativ Media"ya verilən məlumata görə, nazirlər Azərbaycan ilə Mərakeş arasında əməkdaşlığın perspektiv istiqamətləri, o cümlədən bərpa olunan enerji mənbələri və ticarət sahəsində ətraflı fikir mübadiləsi aparıblar. Tərəflər bölgədəki son hadisələri də müzakirə ediblər.
Nazirlər Azərbaycan və Mərakeş arasında viza rejiminin ləğvi haqqında saziş imzalayıblar.