AZ

"Azərişıq" sədrindən yeni təyinatlar: rəislə müavinin yerini dəyişdi

"Azərişıq" ASC-də kadr dəyişikliyi olub. 

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, “Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) "Sumqayıt Elektrik Şəbəkəsi"nin rəisi Rəşad Hümbətov vəzifəsindən azad edilib. 

O, Sabunçu rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Sabunçu rayon Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini Aqil Xəlilov isə "Sumqayıt Elektrik Şəbəkəsi"nin rəisi vəzifəsinə təyin olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2

1Mənbələr

Şərh ()
Bağla