Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Yasamal adlanan ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər isə xəsaərt alıb.
Hadisə yerinə FHN-nin xilasediciləri və təcili tibbi yardım birqadaları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov