Gümüş medalları qazanaraq Avropa Liqasında vəsiqə qazanmağı hədəfləyən “Neftçi”nin növbəti rəqibi çempiondur.
“Ağ-qaralar” mayın 4-də “Azərsun Arena”da “Qarabağ”ın qonağı olacaq.
Bakılılar cari mövsümdə kubok görüşləri də daxil olmaqla bu rəqibinə 5 oyunun hamısında uduzub.
Bəs, bu dəfə hansı nəticə qeydə alınacaq? “Neftçi”lilər nəyə ümid edir?
Komandanın təcrübəli futbolçularından olan yarımmüdafiəçi Filip Ozobiç Sportinfo.az-a açıqlamasında inamlı danışıb:
“Bundan sonra itirmək haqqımız yoxdur. Hər oyunda qələbə olduqca vacibdir.
“Qarabağ”la səfər matçında baxımlı futbol sərgiləyib, 3 xal dalınca gedəcəyik. İstəyimizə çatacağımıza inanıram”.
Mayın 4-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” dueli saat 19:30-da başlayacaq.
HƏBİB