AZ

U-17 millimiz Qazaxıstana uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət millimiz Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, milli Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. ABFF Təlim-Məşq Mərkəzində keçirilən görüşün 90 dəqiqəsi 2:2 hesablı bərabərliklə yekunlaşıb. Azərbaycan millisinin heyətində 10-cu dəqiqədə Xanım Əsədova, 26-cı dəqiqədə isə Aylin Kərimova fərqləniblər. Qazaxıstan kollektivi penaltilər seriyası sayəsində 4:1 hesablı qələbə qazanıb.

U-17 turnirdəki son oyununu mayın 7-də, Bakı vaxtı ilə saat 12.00-da Türkiyə yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, U-17 millimiz ilk matçında Belarus kollektivinə 1:3 hesabı ilə məğlub olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
4

10Mənbələr

Şərh ()
Bağla