Bu gün Türkiyə Superliqasında 35-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" səfərdə "İstanbulspor"la qarşılaşıb. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
"İstanbulspor" - "Adana Demirspor" - 0:1
Qol: Barasi, 10
Şahruddin də bu oyunun iştirakçısı olub. 29 yaşlı qapıçı meydana start heyətdə çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, "Adana Demirspor" 46 xalla 11-ci, "İstanbulspor" 16 xalla 20-ci-sonuncu pillədə qərarlaşıb. Siyahıya 93 xalla "Qalatasaray" başçılıq edir.