AZ

Nazir büdcədə nəzərdə tutulan neftin qiymətinin artırılması barədə - Heç nəyi istisna etmək olmaz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Tbilisi. Trend:

Azərbaycanın maliyyə naziri Samir Şərifov büdcədə nəzərdətutulan neftin qiymətinin artırılmasının mümkünlüyündəndanışıb.

Asiya İnkişaf Bankının (AİB) Tbilisidə keçirilən illiktoplantısı çərçivəsində bu ilin birinci rübündə Azərbaycan neftininqiymətinin 60 dollardan yuxarı olması fonunda büdcədə neftinqiymətinin artırılmasının mümkünlüyü ilə bağlı Trend-in sualınıcavablandıran nazir qeyd edib ki, heç nəyi istisna etmək olmaz.

"Bir qayda olaraq, təxminən ilin ortalarında biz ötən dövrün,yəni dörd ayın nəticələrini nəzərdən keçiririk. Nəticələr pisdeyil. Ümumi daxili məhsulun artımı qeyri-neft sektorunda kifayətqədər yüksəkdir. Müvafiq olaraq, neft sektorundan həm vergidaxilolmalarından, həm də gömrük daxilolmalarından yaxşı əlavəgəlirlər var", - deyə o bildirib.

S.Şərifov vurğulayıb ki, neftin qiyməti büdcədə nəzərdətutulandan bahadır:

"Müvafiq olaraq, neft sektorundan əlavə gəlirlər də nəzərəalınacaq. Neftdən əlavə, qazdan da gəlirimiz var. Qaz sektorundabeynəlxalq bazarlarda qiymətlər çox dəyişkəndir. Yəni çox yüksəkqiymətlər olur, sonra da kəskin ucuzlaşır. Son zamanlar qazınmüəyyən qiymətləri ucuzlaşmağa başlayıb. Bunu nəzərə alaraq bu günmüəyyən hesablamalar aparılır. Və buna görə də, adət olaraq, əlavəgəlir olanda və bu gəlirləri ölkənin makroiqtisadi sabitliyinə,ortamüddətli, makro-iqtisadi sabitliyə, ölkənin makrofiskaldayanıqlığına xələl gətirmədən həyata keçirilməsi lazım olanlayihələrə sərf etmək mümkün olarsa, bu halda müvafiq qərarlarqəbul edilir. Hesab edirəm ki, bu dəfə yəqin ki, lazımi səviyyədəbelə bir qərar veriləcək".

Seçilən
90
1
1

1Mənbələr

Şərh ()
Bağla