“Azarkeşlərimizə təşəkkür edirəm. Tovuz çox ağır səfərdir. İki həftə əvvəl də burada olmuşuq. Futbolçularım ağır görünürdü. Oyunun əvvəlində 1-2 epizod yaratdıq. Təəssüf ki, ağır hərəkət etməyimiz, gec qərarlar verməyimiz istədiyimiz kimi oynamağa imkan vermədi”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Kəpəz”lə heç-heçə etdikləri oyundan (1:1) sonra deyib.
Təcrübəli çalışdırıcı oyunun sonlarında yaranan gərginlikdən də danışıb:
“Kəpəz” evdə oynayır, azarkeşlər öz komandalarını dəstəkləyirikər. Bunun yaxşı tərəfi də var. Bizim oyunçular da ayılırlar. Gərginliyin haradan irəli gəldiyini bilmirəm. Futbolçular udmaq istəyirdi. Rəqib futbolçuları qınaya bilmərəm”.