Azərbaycan Premyer Liqasında XXXIII tura start verilib.
Publika.az xəbər verir ki, turun ilk oyunu Tovuzda şəhər stadionunda baş tutub.
“Kəpəz” “Sumqayıt”ı qəbul edib. İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Qonaqların heyətində 80-ci dəqiqədə Cordan Rezabala fərqlənib. Gəncə təmsilçisinin bərabərlik qolunu isə 90+5-ci dəqiqədə Elçin Əlicanov vurub.
“Sumqayıt” 51 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Səkkizinci olan “Kəpəz”in hesabında 35 xal var.