17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, millimiz Qazaxıstanla qarşılaşıb və əsas vaxtı 2:2 hesabı ilə bitən matçın penaltilər seriyasında uduzub (1:4).
Qeyd edək ki, U-17 mayın 7-də, saat 12:00-da isə Türkiyə yığması ilə görüşəcək.