Dortmund “Borussiya”sı Niklas Sule ilə yollarını ayırmağı planlaşdırır.
İdman.biz xəbər verir ki, bunua səbəb müdafiəçinin artıq çəkiyə malik olmasıdır.
Niklasın hazırlığı klub rəhbərliyini qane etməyib. Əsas heyətə düşə bilməyə təcrübəli müdafiəçi yayda transferə çıxarılacaq. “Borussiya” artıq onun əvəzinə oyunçu axtarışına start verib.
Qeyd edək ki, Sulenin komanda ilə 2026-cı ilin yayına kimi müqaviləsi var. O, 2022-ci ildən Dortmund klubunda çıxış edir.
İdman.biz