AZ

İspaniya naziri Argentina prezidentinə “narkoman” dedi –İki dövlət arasında gərginlik yaranıb

İspaniya və Argentina arasında gərginlik yaranıb.

Azpost.info Reuters-ə istinadən bildirir ki, İspaniyanın nəqliyyat naziri Oskar Puente Argentina prezidenti Xavyer Mileyin narkotik istifadə etdiyini deyib. Bundan sonra İspaniya və Argentina siyasiləri bir-birnə tikanlı mesajlar veriblər.

Puente cümə günü Salamankada debat zamanı Mileyin keçən ilki seçki kampaniyası zamanı “maddələrdən istifadə etdiyini” iddia edib. Şənbə günü Mileyin ofisi bu sözləri pisləyən və İspaniyanın baş naziri Pedro Sançesi tənqid edən bir bəyanat verib.

Argentina prezidenti İspaniya Baş naziri Sançesi  qeyri-qanuni immiqrasiyaya icazə verməklə ispan qadınlarını təhlükə altına almaqda, separatçılarla sövdələşmələrə gedərək İspaniyanın bütövlüyünü pozmaqda ittiham edib. Miley onun solçu hakimiyyətinin yütürdüyü siyasətin “ölüm və səfalət gətirməkdə” ittiham edib.

Bu da öz növbəsində İspaniya Xarici İşlər Nazirliyinin sərt bəyantına səbəb olub.  XİN Argentinanın bəyanatında istifadə edilən terminlərin iki qardaş ölkə və xalq arasındakı münasibətlərə uyğun gəlmədiyini bildirib.

Dekabrda Miley prezident seçildikdən sonra Sançesin Sosialist Partiyasının rəhbərlik etdiyi solçu koalisiyanın idarə etdiyi Argentina ilə İspaniya arasında münasibətlər xeyli soyuyub.

Miley açıq şəkildə İspaniyanın ifrat sağçı anti-immiqrasiya partiyası Vox-u dəstəkləyib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58

1Mənbələr

Şərh ()
Bağla