AZ

Boşanan əri sığınacağını partladacağını dedi, Baxşəliyevi hədələdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyi vətəndaş tərəfindən təhdid olunub.

Ölkə.Az xəbər verir ki, bununla bağlı birliyin feysbuk səhifəsində paylaşım edilib.

Belə ki, sığınacaqda dörd gün qalıb çıxmış qadının keçmiş əri onlara mesaj göndərib.

O, mesajında sığınacağı yandıracağını, partladacağını, onlara faciə yaşadacağını və aparıcı Zaur Baxşəliyevi maşında güllələyəcəyini yazıb.

Məlumata görə, təhdid edən şəxs qadından rəsmi olaraq ayrılıb və bir müddət əvvəl qadının qardaşının başına kafel vuraraq ona xəsarət yetirib.

Faktla bağlı araşdırılma başlanıb.

Seçilən
56
1

1Mənbələr

Şərh ()
Bağla