AZ

22 ildən sonra Premyer Liqada

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

İngiltərə Premyer Liqasına daha bir vəsiqənin sahibi bəlli olub.

İdman.biz xəbər verir ki, “İpsviç” yüksək dəstəyə qayıdıb.

Bu, Çempionşipin XLVI turunda rəsmiləşib. “Haddersfild”ə 2:0 hesabı ilə qələbə “İpsviç”ə Premyer Liqaya qayıtmaq imkanı verib. Sonuncu dəfə 2001/02 mövsümündə güclülər sırasında olan klub 22 ildən sonra elitaya dönüb.

Qeyd edək ki, Premyer Liqaya ilk vəsiqəni “Lester” qazanıb. Sonuncu vəsiqə isə “Lids”, “Sauthempton”, “Vest Bromviç” və “Norviç” arasında pley-ofdan sonra sahibini tapacaq.

İdman.biz

Məqalədə:
Seçilən
47
1
1

1Mənbələr

Şərh ()
Bağla