AZ

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Mikrobiologiya

Bakı, 4 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun əməkdaşları Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfransda çıxış ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Bioloji aktiv maddələr laboratoriyasının müdiri professor Elman İsgəndər konfransın plenar iclasında “Chamaecyparis lawsoniana, thuja occidentalis, thuja plicata növlərinin əsas xəstəlik törədiciləri” mövzusunda məruzə edib, habelə “Aqrar elmləri” bölməsinə rəhbərlik edib. Biologiya üzrə fəlsəfə doktoru Səbinə Cəfərzadə isə “Müxtəlif ekoloji şəraitlərdə göbələklərin müqaviməti” mövzusunda məruzə ilə çıxış edib, mövzu ətrafında verilən sualları ətraflı cavablandırıb. İnstitutun digər əməkdaşları da konfransda fəal iştirak ediblər.

Qeyd edək ki, konfransın mövzusu ilə bağlı 7 ölkədən, 700-dən çox məqalə, 5 cilddə kitab nəşr olunub.

Kimya, biologiya fizika və iqtisad elmlərinin aktual problemlərinə həsr edilmiş konfrans çərçivəsində 16 bölmə iclası keçirilib.

Seçilən
59
1
1

1Mənbələr

Şərh ()
Bağla