AZ

TƏBİB-dən Gəncə Şəhər Birləşmiş Xəstəxanasındakı nöqsanlara REAKSİYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Əhalinin sağlamlığının qorunması sahəsində tibbi xidmətlərin göstərilməsi, eləcə də xidmətin təşkili zamanı yol verilən nöqsan və hüquqpozmalar barədə atılan addımları dəstəkləyirik.

 

Sfera.az xəbər verir ki, bu barədə TƏBİB “Report”un ünvanlandığı sorğuya cavab olaraq bildirib.

 

Qeyd olunub ki, bu istiqamətdə aidiyyəti orqan və qurumlarla sıx əməkdaşlıq həyata keçirilir: “Tərəfimizdən nöqsanlar aşkar edildiyi təqdirdə müvafiq qaydada məlumatlar aidiyyəti üzrə təqdim olunur”.

 

“TƏBİB-in struktur bölmələri tərəfindən intensiv olaraq tibb müəssisələrində monitorinq, xidməti araşdırma və yoxlamalar aparılır, məlumatlar toplanılır, qanunazidd hallara şübhə yarandığı təqdirdə prokurorluq orqanlarına aidiyyəti üzrə tədbirlərin görülməsi ilə bağlı müraciət olunur”, - məlumatda bildirilib.

 

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin vəzifəli şəxsləri Hüseynov Vidadi Qaçay oğlu, Abdullayev Məhəbbət Əliş oğlu və digərlərinin qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Seçilən
31
28
1

1Mənbələr

Şərh ()
Bağla