AZ

Azərbaycanla delimitasiya əleyhinə sərhəd kəndindən İrəvana yürüş BAŞLADI

“Vətən naminə Tavuş” hərəkatı Azərbaycanla sərhəddə yerləşən Kirants (Xeyrimli) kəndindən İrəvana yürüşə başlayıb.

 

Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Kirants kəndində çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının nümayəndəsi, arxiyepiskop Baqrat Qalstanyan deyib.

 

Onun sözlərinə görə, Ermənistanın digər rayonları və qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar. O, paytaxta gedən yolda yürüş iştirakçılarının sayının durmadan artacağına əminliyini ifadə edib.

 

Tavuş yeparxiyasının nümayəndəsi qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
12

1Mənbələr

Şərh ()
Bağla