AZ

Zelenski axtarışa verildi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskini axtarışa verib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" departamentin məlumat bazasına istinadən məlumat yayıb.

Orada deyilir ki, Zelenskinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışda olduğu bildirilir, lakin hansı maddənin (əvvəllər ona qarşı cinayət işinin başlanması barədə məlumat verilmirdi) göstərilmir. Zelenskinin doğum tarixi və yeri, milliyyəti (“Ukraynalı”) da göstərilir.

Qeyd edək ki, may ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, mayın 20-dən sonra Vladimir Zelenskini Ukrayna prezidenti kimi tanımaq lazım olmaya bilər.

“Mayın 20-nə və mayın 21-də nə olacağına gəlincə, gəlin o vaxta qədər yaşayaq. Ola bilsin ki, heç nəyi etiraf etməyə ehtiyacımız olmayacaq”, - deyə o qeyd etmişdi.

Seçilən
15
1

1Mənbələr

Şərh ()
Bağla