AZ

Çempionlar Liqasında hamını qabaqladılar

Çempionlar Liqasında (ÇL) həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyada “Real”ın vingeri Vinisius Junior qalib gəlib.

Bu barədə UEFA-nın saytı məlumat yayıb. Braziliyalı futbolçu yarımfinalın “Bavariya” ilə ilk oyununda (2:2) komandasının hər iki qolunu vurmaqla rol oynamışdı. O, UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda digər namizədi - Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummelsi arxada qoyub. Hummels PSJ ilə ev oyununda komandasının minimalhesablı qələbəsində müdafiədəki inamlı oyunu və ötürmələrinin 86 faiz dəqiqliyi ilə seçilmişdi.

ÇL-də həftənin ən baxımlı qolu da müəyyənləşib. Azarkeşlər arasında keçirilən sorğuda “Bavariya”nın oyunçusu Leroy Sanenin “Real”ın qapısına vurduğu qol daha çox səs toplayıb.

Seçilən
124
2
football-plus.az

3Mənbələr