AZ

Daha bir həkim Samux Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətə başlayıb

Şüa diaqnostika üzrə həkim Gültəkin Məhərrəmova Samux Rayon Mərkəzi Xəstəxanasında fəaliyyətə başlayıb.

 

Bu barədə Aztibb.az-a xəstəxanadan məlumat verilib.

 

Məhərrəmova Gültəkin Hilal qızı 1969-cu ildə Gəncə şəhərində anadan olub. 1976-1986-cı illər ərzində Gəncə şəhər 5 saylı orta məktəbdə təhsil alıb. 1988-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində Hazırlıq fakültəsinə daxil olub. 1989-1995-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1995-1996-cı illərdə Gəncə şəhər 2 saylı uşaq xəstəxanasında internatura keçib.

 

O, 1999-2002-ci illərdə Gəncə şəhər 2 saylı uşaq poliklinikasında sahə həkimi, 2002-2012-ci illərdə həmin poliklinikada həkim-rentgenoloq vəzifəsində çalışıb. 2011-ci ildən GMDM (Gəncə Müalicə Diaqnostika Mərkəzi) MMC-də həkim-radioloq kimi fəaliyyət göstərir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126

1Mənbələr

Şərh ()
Bağla