AZ

Millidə vida

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“Yuventus” və “Barselona”nın sabiq futbolçusu Miralem Pyaniç milli komanda ilə bağlı qərarını verib.

İdman.biz xəbər verir ki, hazırda BƏƏ-nin “Əl-Şərəcə” klubunda çıxış edən yarımmüdafiəçi Bosniya və Herseqovina yığmasındakı karyerasını başa vurub.

Bunu 34 yaşlı futbolçunun özü açıqlayıb. O, 16 il şərəfini qoruduğu milli ilə vidalaşıb. Bu müddətdə 115 matçda 17 qol vuran Pyaniç oyun sayında yalnız Edin Dzekodan (134) geri qalır.

Qeyd edək ki, Miralem karyerası ərzində “Roma”, “Beşiktaş”, “Mets” və “Marsel” kimi klublarda da forma geyinib.

İdman.biz

Seçilən
80
1

1Mənbələr

Şərh ()
Bağla