AZ

Rusiya Zelenskini axtarışa verdi - FOTO

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verib.

“AzPolitika” xəbər verir ki, bu barədə məlumat DİN-in axtarış məlumat bazasında yer alıb.

“Vladimir Aleksandroviç Zelenski, 25 yanvar 1978-ci il. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, -deyə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında qeyd olunub.

Zelenskiyə qarşı cinayət işinin başlanmasına nəyin səbəb olduğu barədə məlumat verilməyib.

Xatırladaq ki, mayın 2-də Krım Millətlərarası Missiyasının sədri Zaur Smirnov Krıma hücumların təşkili və “Ukraynada nasizmi canlandırmaq” ittihamı ilə Zelenskiyə qarşı cinayət işinin açılması ilə bağlı çağırış etmişdi.

“AzPolitika.info”

Seçilən
103
50
azpolitika.info

10Mənbələr