AZ

311 yaşı olan skripkanın ölkədən çıxarılmasının qarşısı alındı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Stradivarinin nadir skripkasını Ukraynadan çıxara bilmədilər. Bu qanunsuz cəhdin qarşısını Dövlət Sərhəd Xidməti (UDSX) alıb.

Publika.az xəbər verir ki, bu barədə ölkə mediası xəbər yayıb.

“Sərhədçilər gömrük işçiləri ilə birlikdə “Antonius Stradivarius” skripkasının ölkədən çıxarılması cəhdinin qarşısını alıblar”, - deyə UDSX-nin məlumatında deyilir.

1713-cü ildə düzəldilən Stradivari skripkası yük yerinin yoxlanması zamanı aşkar edilib. Maşın Ukraynadan Polşa istiqamətində hərəkət edirmiş.

Musiqi aləti müsadirə edilib və ekspertizaya verilib.

Seçilən
75
1

1Mənbələr

Şərh ()
Bağla