AZ

500 minlik ordu bölgədə: Moskvanın hədəfləri bir-bir açıqlandı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Rusiyanın Ukraynada bu il əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tam ələ keçirilməsidir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

ISW Ukrayna rəsmilərinə istinadla yazır ki, bunu yayda başlamalı olan hücum əməliyyatı planı sübut edir.

Rusiyanın Donetsk və Luqansk vilayətlərinin bütün ərazilərini ələ keçirməyi planlaşdırdığı tezisi Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk tərəfindən təsdiqlənib. Onun sözlərinə görə, Rusiya Donbası işğal edə bilsə, Zaporoje vilayətini də tutmağa çalışacaq.

Pavlyuk Rusiya ordusunun Xarkov və Sumı vilayətlərini ələ keçirmək planının olduğunu da deyib.

Hazırda Rusiyanın Ukraynada 514 minlik canlı qüvvəsinin olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
69
Mənbələr
Şərh ()
Bağla