Misir, İsrail, Qətər, ABŞ və HƏMAS-ın nümayəndə heyətləri mayın 4-ü Qahirədə görüşəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Bildirilib ki, orada radikal qrupların Qəzza zolağında saxladıqları girovların İsraildəki fələstinli məhbuslarla dəyişdirilməsinə dair razılığa gəlmək üçün bir neçə görüş keçiriləcək.