AZ

Maştağa sakinini öldürən şəxs saxlanılıb

Mayın 3-də axşam saatlarında 1974-cü il təvəllüdlü Sabunçu rayonu Maştağa qəsəbə sakini Roman Əsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilməsi və bu gün ölməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü Maştağa qəsəbəsi sakini narkotiklərlə əlaqəli cinayətlərə görə əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.

Araşdırılmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
11
bakivaxti.az

10Mənbələr

Şərh ()
Bağla