AZ

Venesiyaya gündəlik girişlər pullu olub

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Venesiyaya bir günlük səfərə gələn turistlər aprelin 25-dən etibarən şəhərə daxil olmaq üçün beş avroluq giriş haqqı ödəyrlər.

"Cebhe.info" İtaliyanın “Corriere della sera” qəzetinə istinadən xəbər verir ki, aprelin 25-dən mayın 2-dək şəhərə gündəlik 144 min 645 turist gəlib. Beləliklə, Venesiya şəhəri 723 min 225 avro qazanc əldə edib.

Məhz giriş haqqının yığıldığı ilk 8 gün ərzində əldə edilən gəlirin 7 ayda gözlənilən qazanc səviyyəsinə bərabər olduğu bildirilirkən, bu vəziyyətin bələdiyyə rəhbərliyinin gözləntilərinin üstündə olduğu qeyd edilib.

Qeyd edək ki, Venesiya dünyanın ən çox ziyarət edilən şəhərlərindən biridir.

Seçilən
48
1

1Mənbələr

Şərh ()
Bağla