AZ

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət edərək COP29-un keçirilməsinə hər cür dəstəyi verməyə hazır olduğunu bildirib.

Sitat.info Report-a istinadla xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov brifinq zamanı bildirib.

“ADB Prezident İlham Əliyevə COP29-a dəstək təklif edən məktub yazıb və biz artıq COP29 danışıqlarının uğurlu aparılması üçün hökumətin potensialının artırılması üçün texniki yardım təşəbbüsü göstərmişik”, - o bildirib.

Seçilən
64
11
Mənbələr
Şərh ()
Bağla